Nino Tsixişvili ilə yeni uğurlara doğru
“Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzi tərəfindən 2024-cü ilin yay aylarında ölkədə gürcü
dilinin yüksək səviyyədə tədrisi ilə əlaqədar üçaylıq kurs təşkil edilmişdir.
Bu xüsusda, Mərkəzimiz gürcü dili və ədəbiyyatı üzrə peşəkar mütəxəssis,
Gürcüstan Respublikasının İvane Cavaxişvili
adına Tbilisi Dövlət Universiteti və Geomedi Universitetinin elmi
işçisi, Filologiya üzrə fəlsəfə doktoru Nino Tsixişvilini dəvət etmişdir.
İyul, avqust və sentyabr aylarında baş tutmuş kurslar müasir və interaktiv tədris
metodları ilə aparılmışdır. Nino Tsixişvili gürcü dilinin qrammatikası, lüğəti
və gündəlik kommunikasiya bacarıqlarını öyrətməklə yanaşı, iştirakçılara həm də
Gürcüstan ədəbiyyatı və mədəniyyəti haqqında təqdimatlar keçmişdir. Onun
metodiki yanaşması dil tədrisinin innovativ yollarla necə həyata keçirilə biləcəyini
göstərdi.
Tədris
kursunun yekununda iştirakçılar gürcü dilində sərbəst ünsiyyət qurma bacarığını
qazandılar. Eyni zamanda, gürcü mədəniyyəti ilə tanışlıq tələbələrdə həmin ölkəyə
olan marağı artırdı ki, bu da mədəniyyətlərarası mübadiləni təşviq etdi.
“Nino
Tsixişvili ilə yeni uğurlara doğru” layihəsi şirkətimizin dil tədrisi sahəsindəki
fəaliyyətini daha geniş müstəvidə tanıtdı.
“Cosmoline”
Mərkəzi gələcəkdə də yeni layihələr həyata keçirməyə və daha çox mütəxəssis dəvət edərək tədris sahəsindəki fəaliyyətini
artırmağa davam edəcək. Gürcü dili üzrə əldə etdiyimiz uğur şirkətimizin daha
keyfiyyətli dil xidmətləri göstərmə iradəsini yenidən nümayiş etdirdi.